Ay yox yox heç sevmərəm kifir saxlanan uşağı, elə hər şey üçün keçərlidir, mən məsələn görəndə ki, ortada təhlükəli bir şey var başqa otağa qoyub bağlayırdım qapısın, ortadan o təhlükə sovuşana qədər açmırdım qapını ağlasa da, sonra açırdım. O biri şeyləri nə qədər diqqətli olsan da uşaq eliyəcək, ağzında uşaq deyirsən qavramır axı. Məsələn mən evdə tək idim, üzr istəyirəm ayaq yoluna gedəndə məcbur tək qoyub gedirdim, çıxanda görürdüm ki, bir iş qarışdırıb. Amma elə çox da dəhşətli dərəcədə bir şeylər etməyib. Məsələn kəsici alətlər, xatalı bir şeylər, məsələn balkon açıq qoymurdum, ortada onun çıxa biləcəyi bir şeylər saxlamırdım ki, haralarasa dırmaşsın. Başqa nə olacaq ki, uşağın edə biləcəyi, plitkanı da ki, bir dəfə gördüm edib, yandıran yerin çıxartdım vəssalam. Sən də çox da böyütmə, qorxutma özünü yaxşı olar hər şey. Aytənə gəldikdə quzum bilmirəm onnan nə yazışmısınız, bilsəm fikir bildirərəm. Nə mikrobu çıxıb ki ?