Düzdür Şəms, artıq bütün dünya bunu qəbul edir ki, uşağın cinsiyyətinin oğlan və ya qız olması kişidəndir, amma əfsuslar olsun ki, bəzi zehniyyətlər hələ də bunu anlamır, ya da anlamaq istəmir. Mənim bacımın iki qızı var, ər tərəfi qınayır. Yazıq qıza nələr deyirlər, bacım da fikir eliyirdi. O qədər bezdirmişdilər ki, bu da elə deyirdi oğlum olsun. Axırda bir dəfə dedim ki, onun bunun sözü ilə az danış sən, Allaha naxoş gedər, o iki qızın da Allah eləməmiş əlindən gedər. Onda sənə xoş olarmı, deyir neyniyim görmürsən nə deyirlər, dedim mən hər şeyi yaxşı görürəm, bəs öz ağlına nə gəlib sənin. Dedim məni görmürsən başqası deyil ki, öz bacındır uşaqsız qalan. Birincisi Allah hansı payı bizə verirsə deməli bizim üçün belə məsləhətdir, ikincisi də bu kişidən asılıdır, qadından yox. Bir dəfə mən yoldaşıma dedim ki, yoxlamaq üçün birdən bizim qızımız oldu, dedi olsun də istəyir beş qızım olsun, mənimdilər də. Heyf ki, bəziləri bunu anlamır.