Bir az da mən yazım, baxın qızlar mənim balaca bacımla, gəlinimiz arasında 8 yaş fərq var. İkisi də məndən balacadır, ikisindən də tez ailə qurmuşam. Onların hər ikisinin iki uşaqları oldu, mənim olmadı. Hələ böyük bacımın da iki uşağı var idi, sonra onun da oldu biri və mənim hələ yox idi. İnanın ürəyimdən heç vaxt başqa bir şey keçirtmədim. Burda bir qonşu var idi mənə dedi ki, səndə onlara qarşı bir şey hiss etmədim halal olsun sənə, dedi öz övladın olmuş kimi sevinirsən. Dedim əlbəttə Allah dilədiyinə oğlan verər, dilədiyinə qız verər, dilədiyinə də verməz. Qoy məndə də olmasın, Allahdan çox bilmirəm ki, vardır bir bildiyi. Bəlkə olacaq ya qalmayacaq ya xəstə olacaq, ya başqa bir şey, xülasə dedim bu da mənim mükafatımdır Şükürlər olsun. Mənim bir xalamın oğlu 20 yaşında şəhid oldu, bir xalamın qızı 19 yaşında vəfat etdi. Dedim belə bir şeyi yaşamamaq üçün Allah mənə övlad vermir, çünki biz qabağı görmürük amma Allah görür, və ne edirsə bəli bizim xeyirimiz üçün edir. O gün də dedim hər şey bir qırağa, hər şey öz yerin tapacaq, can sağlığı heç vaxt geri qayıtmayacaq, canınızın sağlamlığının qaydına qalın, hər şey yaxşı olacaq. Qızlar yazmaqla olmur mən elə şeylər yaşamışam ki, danışmaqla qurtarmaz İn şə Allah ki, Rəbbim bizə pis gün yaşatmasın, Amin.