Sehlinam
can oxudum yazdıqlarını, tək tək alıntılamadım. Bacı mən burdakı qızlara da əvvəllər deyirdim, uşaq istəyirsənsə yaxşı biliyi olan elə belə yox ha mükəmməl bilikli olan endokrinoloqa gedin. Çünki bu mikrob, hormon bunların hamısını endokrinoloq daha yaxşı bilir, ginekoloq (hamısı yox) başı çıxmır, yalandan gündə bir hormon, mikrob çıxardıb, yaxşı pul soracaq. Bax 6 il başım çəkib ona görə deyirəm. Bakıdasansa, imkanın çatarsa Mehman həkimə get, çox yaxşı həkimdir, insanı yersiz yerə nə müalicə etmir, nə də ağzına gələn şeylər çıxartmır. Mənim indiki ağlım olsaydı 6 ildə 3-4 uşaq doğmuşdum. İndi bircə uşağa dikdim gözümü, Allah hamının balasın saxlasın, mənim balam da içində, olmayanlara qismət olsun İn şə Allah