Qızlar yoldaşımla oturduq dərdləşdik bir az. Biz kira oturduğumuz üçün çox şeyi çatdırmaq olmur. Özünüz də bilirsiniz çətindir, öz yerimizə dönməyə qərar verdik. Uşağın məktəb vaxtı çatır, bizə rayonumuz rahat olar. Ora getsəm bura girə bilməyəcəyəm, və sizi çoooox çoooox özləyəcəyəm. Bir müddətlik təbii, sonra yenə gələcəyəm, amma bu nə zaman olar bilmirəm. Odur ki, haqqınızı halal edin, məni unutmayın olarmı. Hə amma hələ yoldaşım fikirləşir, getməyə də bilərik. Görək son qərar nə olacaq, amma kocişim buranı istəyir. Düşünürük hələ, haqqımızda xeyirlisi : ) gözləyək görək həyat bizə nə gətirəcək : )