Sən eynən mənim kimisən, mənim də dözümüm yoxdur. Xoş iyləri belə götürmürdüm hələ qaldı ki, pis iy. Yoldaşımı xırtdəyə yığmışdım mənə iysiz sabun al, iysiz paraşok al, iysiz şampun al, iysiz krem al daha nələr nələr. Ətir iyindən iyrənirdim necə gözəl qoxulu ətir olur olsun götürmürdüm. Yoldaşım da deyirdi mən onları hardan tapım iysiz şey var. Bir dənə az iysi olan şampun tapmışdı, satıcı demişdi qardaş ən iysizi budur. O da saçımı pis günə qoymuşdu, taxta kimi idi saçlarım : ) ama neyniyim qoxusu az idi deyə onnan yuyurdum. Allah sənə də kömək olsun İn şə Allah